Ölkə futbolu

“Zirə” Macarıstan və Serbiya klubları ilə üz-üzə

“Zirə” bu gü Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi saat 13:00-da Macarıstanın 2-ci liqasında mübarizə aparan “Seqed” kollektivi ilə qarşılaşacaq.

Rəşad Sadıqovun komandası günün ikinci oyunda isə Serbiya Superliqası təmsilçisi “Radniçki” ilə üz-üzə gələcək. Bu oyun saat 16:30-da start götürəcək.

“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib – 3:2. Komanda sabah Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43