Kateqoriyasız

“Zirə” – “Peç” matçında 8 qol

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Zirə” ilk yoxlama oyununu keçirib.

Komanda Macarıstanın “Peç” klubu ilə qarşlıaşıb. Matç macarların 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan klubunun qollarını Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov (penaltidən) vurub.

“Zirə” Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt klubu yanvarın 20-də Polşanın “Qurnik” (Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Yoxlama oyunu

13 yanvar

17:00. “Zirə” – “Peç” (Macarıstan) – 3:5
Qollar: 
Ağabala Ramazanov, Vüsal Əliyev, İlkin Muradov (pen.)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43