Kateqoriyasız

“Zirə” – “Makkabi” matçına nə qədər bilet satılıb?

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Makkabi” (Təl-Əviv) görüşünə bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, artıq 4000-ə yaxın bilet satılıb. Oyunun başlama saatına qədər bütün biletlərin satılması gözlənilir.

Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
​Azfarın Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən futbol meydançaları.

İyulun 21-i “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Makkabi” oyunu saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43