Kateqoriyasız

“Zirə” – “Makkabi” matçının biletləri satışa çıxarılır

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Makkabi Təl-Əviv” (İsrail) oyununun biletləri sabah – iyulun 15-i saat 12:00-dan satışa çıxarılacaq.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”

“Dalğa Arena”

Azfarın Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən futbol meydançalarından almaq olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43