Ölkə futbolu

“Zirə” millimizin sabiq üzvü ilə yollarını ayırdı

Türkiyənin Bolu şəhərində toplanışda olan “Zirə” bir futbolçunu yeni sezon hazırlıqlarına cəlb etməyib. Söhbət ötən mövsümün gedişində komandaya dəvət edilmiş Araz Abdullayevdən gedir.

Qəsəbə təmsilçisi milli komandamızın sabiq üzvünə ehtiyac duymayıb.

Onunla müqavilə müddəti artırılmayıb və yollar ayrılıb. 

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Etnikos”, “Boluspor”, “Sumqayıt”, “Panionios”, “Everton”, “Anortosis”, “Llapi” klublarında oynamışdı.(Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43