Ölkə futbolu

“Zirə” Norveç klubundan futbolçu aldı

2024/2025 mövsümünə hazırlaşan “Zirə” yeni futbolçu ilə anlaşıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43