Ölkə futbolu

“Zirə” qalib gəldi, “Neftçi” uduzdu – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

“Zirə” öz meydanında “Səbail”i qəbul edib. Qarşılaşma ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 33-cü dəqiqəsində “Səbail”in oyunçusu K. Tome birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

79-cu dəqiqədə isə “Zirə”nin heyətində Mirsahib Abbasov penaltidən yararlana bilməyib.

Günün digər oyununda isə Topaz Premyer Liqanın lideri “Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Oyun 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

15 dekabr (şənbə)

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

17:00. “Zirə” – “Səbail” 1:0

QOL: İ. Muradov, 45
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.

19:00. “Neftçi” – “Sumqayıt” 0:2

Qol: Əli Babayev, 28, Şəhriyar Əliyev
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43