Kateqoriyasız

“Neftçi” yenidən lider oldu

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

İkinci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə “Zirə” “Sumqayıt”ın qonağı olub. Matçda hesab açılmayıb. Günün digər görüşündə isə “Neftçi” “Sabah”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə “ağ-qaralar” liderliyini qoruyub.

Azərbaycan Premyer Liqası
XVIII tur

3 mart

16:00.”Sumqayıt” – “Zirə” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
“Kapital Bank Arena”

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə;
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev;
Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı;
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı;
Baş məşqçi: Rəşad Sadıqov

18:15.”Neftçi” – “Sabah” – 2:1
Qollar: Namiq Ələsgərov, 44, Mirabdulla Abbasov, 64 – Təmkin Xəlilzadə, 90+3 (pen.)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43