Ölkə futbolu

“Zirə” uddu, “Qarabağ” liderliyə yüksəldi – Yenilənib

Azərbaycan Premyer Liqasının XXIV turuna start verilir

İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Zirə” “Sumqayıt”ı məğlub edib – 2:0.

Qeyd edək ki, “Zirə” 22 xalla turnir cədvəlində 6-cı, “Sumqayıt” isə 20 xalla 7-ci pillədədir.

Günün digər matçında isə çempionluğa namizəd “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam təmsilçisi matçdan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Qəbələ” və “Səbail” – “Neftçi” qarşılşamları ilə yekun vurulacaq.

13 Aprel

16:00 “Zirə” – “Sumqayıt” 2:0

Qol:Rodrigues, 33, İ.Qırtımov

Stadion: Zirə İdman Kompleksi

18:30: “Qarabağ” – “Sabah” 3:0 

Qol: R.Almeyda, 10, F.Ozobiç, 65, M.Mədətov, 77

Stadion: Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43