Kateqoriyasız

“Zirə” “Sumqayıt”ı darmadağın etdi

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün turun 1 oyunu keçirilib.

“Zirə” “Sumqayıt”la səfərdə qarşılaşıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda rəqibinə qalib gəlməyi bacarıb. Bu qələbə sayəsində “Zirə” 3-cü pillədəki yerini qoruyub.

“Sumqayıt” – “Zirə” 0:3

Qollar: Təmkin Xəlilzadə 14 (p), Qismət Alıyev 30, Coşqun Diniyev, 80

“Kapital Bank Arena”, Sumqayıt

​Baş hakim: Rauf Cabbaarov

“Sumqayıt”: 1. Tərlan Əhmədli, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov (30. Nəbi Məmmədov, 25), 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov,  20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 27. Nihad Ağayev, 98. Emil Əliyev

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 25. Vüsal Əliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43