Kateqoriyasız

“Zirə” Türkiyə, Rumıniya və Serbiya klubu ilə qarşılaşacaq

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəllidi. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda orda “İC Santai” otelində məskunlaşacaq.

“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Bakılılar yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Qartallar” yanvarın 22-də Bakıya dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43