21 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” ukraynalı futbolçusu ilə vidalaşdı – RƏSMİ

“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumçu ilə Bakı klubu arasında imzalanan müqavilənin müddəti başa çatıb.

Qeyd edək ki, V.Kulaç 2023-cü ildə “Zirə”yə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43