Kateqoriyasız

“Zirə” yeni legioner transfer edib

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Məlumata görə, “qartallar” Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl Fransanın “Valensiyen”, “Pau”, “Vitre”, Slovakyanın “Slovan”(Bratislava), Yunanıstanın “Kerkira”, “Levadiakos”, Türkiyənin “Boluspor” və Niderlandın “NAK Breda” klubunda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43