Kateqoriyasız

“Zirə”də “futbolçu soyqırımı”: Heyətin yarısı göndərildi

“Zirə” 9 futbolçusu ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bilidirilib ki, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, “Zirə” Premyer Liqamızda başa çatan mövsümü 31 xalla 5-ci pillədə tamamlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43