16 Sentyabr 2024
Kateqoriyasız

“Zirə”də növbəti ayrılıq

“Zirə” futbolçusu Dimitrios Çantakiasla yollarını ayırıb.

Bu barədə klubun saytı məlumat yayıb. Yunanıstanlı müdafiəçi ilə paytaxt təmsilçisi arasında imzalanmış müqavilə başa çatıb.

“Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Çantakias 2020-ci ildən “Zirə”də oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43