Kateqoriyasız

“Zirə”də ŞOK itki

“Zirə”nin aparıcı üzvü Aleksandr Dedov zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, “Qartallar”ın hücumçusu əvəzedici komandayla oyunda sıradan çıxıb.

Zədəsi ciddi olan utbolçu ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq. Onun II turda “Keşlə” ilə oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, “Zirə” bu gün startı götürəcək Topaz Premyer Liqasının ilk turunda “Qarabağ”la qarşılaşmalı idi. Lakin qarşılaşma “Qarabağ”ın Çempionlar Liqasındakı vacib oyununa görə təxirə salınıb.  “Qartallar” ikinci turda “Keşlə” ilə qarşılaşacaq.   


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43