Kateqoriyasız

“Zirə”dən ayrıldı, “Sabah”la müqavilə imzaladı – RƏSMİ

“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.

“Sabah” daha öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlamışdı.

 

Image may contain: 1 person, sitting, table, beard and indoor


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43