Kateqoriyasız

“Zirə”dən növbəti transfer

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

İdmamxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Monteneqrolu futbolçu bundan öncə “Syon” (İsveçrə), “Budunçost” (Monteneqro), “Travnik” (Bosniya və Hersoqovina), “Suteska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.

Qeyd edək ki, “Zirə” buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, və Boyan Zaqoviçi transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43