20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə”nin düzgün planı, ağıllı oyunu qələbəni gətirdi”

“Zirə” üçün asan oyun deyildi. Çünki qarşısında Avropa təcrübəsi olan bir komanda var idi. Hələ günlər öncə sizin saytınıza açıqlamamda “Zirə”dən yaxşı nəticə gözlədiyimi demişdim. Qalib gəlməsəydilər belə, oyun olaraq komandamızdan ümidliydim. “Zirə”nin mərhələni keçmək şansının yüksək olduğunu düşünürdüm”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov “qartallar”ın Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində qalib gəldiyi “Şerif” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Hələ qarşıda bir oyun da var. “Zirə” mərhələni keçməyib. Evdəki oyun daha çətin olacaq. Səfərdə təmsilçimiz düzgün planla, taktika ilə qalib gəldi. Xüsusilə də müdafiədə yaxşı oyun nümayiş etdirdik. Maksimum sadə və etibarlı oynadıq. İrəlidə isə imkanlardan istifadə etməyə çalışırdıq. Bəzən top itikiləri də oldu. Hücumlar dəqiq qurulmurdu. Bunun də səbəbi komandaların hələ tam hazır olmamasıdı. İki komanda da bu çətinliyi yaşayırdı. Fiziki cəhətdən bəzi futbolçular ağır görünürdü.

Ümumilikdə “Zirə”nin düzgün planı, ağıllı oyunu qələbəni gətirdi. Komamdanın sadə oynaması çox xoşuma gəldi. “Zirə” necə gəldi yox, komanda oyunu göstərdi. Hamı öz mövqeyində yaxşı çıxış etdi. Qələbə də komanda oyununun hesabına gəldi. Amma arxayın olmaq olmaz. Səfərdə qalib gəlmək hələ mərhələni keçmək deyil. Bu, yalnış düşüncə olar.  Evdəki oyun da çətin keçəcək. Çünki rəqib bütün gücüylə irəliyə atılacaq. Rəşad Sadıqov da bunun yaxşı fərqindədi. Cavab görüşünə daha yaxşı hazırlşamaq lazımdı”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43