Kateqoriyasız

“Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

“Zirə”nin futbolçusu Mfo Kqasvane Botsvana yığmasının heyətində növbəti oyununu keçirib.

Hücumçunun komandası Əlcəzairlə üz-üzə gəlib. Qaboronedə baş tutan oyunda Əlcəzair 1:0 hesablı qələbə qazanıb.

Kqasvane 58-ci dəqiqədə meydana daxil olub.

Qrupun ilk oyununda Zimbabve ilə qolsuz bərabərə qalan Botsvana 1 xalla 3-cü sırada yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43