Kateqoriyasız

“Zirə”nin legioneri əməliyyat olundu

Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilən “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin müdafiəçisi Nemanya Andelkoviç ayağından əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən cərrahiyyə əməliyyatı uğurla nəticələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Andelkoviçin 4 aydan sonra komandaya qoşulacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43