Kateqoriyasız

“Zirə”nin “Makkabi” ilə oyunları hansı kanalda?

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Zirə” – “Makkabi” matçını canlı yayımlayacaq kanal məlum oldu.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, iyulun 21-də keçiriləcək matçı İTV canlı yayımlayacaq. Kanal “qartallar”in bir həftə sonra səfər matçını da mavi ekranlara daşıyacaq.

Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu  “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43