Dünya futbolu

“Zirə”nin rəqibi Fransa klubundan oyunçu aldı

Moldovanın “Şerif” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda mavritaniyalı vinger Papa Ndiaqa Yade ilə güclənib. Futbolçu son olaraq Fransanın “Metz” klubunda çıxış edib.

Xatırladaq ki, “Şerif” Avropa Liqası I təsnifat mərhələsində “Zirə”nin rəqibidi. Komandalar arasında ilk görüşü iyulun 11-i Moldovada, cavab matçı isə iyulun 18-də Bakıda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43