Kateqoriyasız

“Zirə”nin rəqibində ayrılıq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Tel-Əviv) komandası futbolçusu Natan Baltaksa ilə vidalaşıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb.

İsrailli futbolçu son 5 mövsümü icarə əsasında müxtəlif klublarda keçirib.

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43