Kateqoriyasız

“Zirə”nin rəqibində koronavirusa yoluxma

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) klubunda koronavirusa yoluxma baş verib.

İdmanxeber.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin futbolçusu Parfe Giaqon infeksiyaya yoluxub.

Ölkəsindən qayıdan Fil Dişi Sahilindən olan yarımmüdafiəçidən götürülən analiz müsbət çıxıb. Dərhal karantinə alınan 21 yaşlı oyunçu ötən gün təlim-məşq toplanışına başlayan komandadan kənarda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43