Kateqoriyasız

“Zirə”nin şəhid futbolçusu daha bir medalla təltif olundu

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi” haqqında sərəncam imzalayıb.

“Zirə”nin üzvü Şəhid İlqar Burcəliyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

İlqar Bürcəliyev bundan əvvəl “Vətən uğrunda” medalı ilə də təltif edilmişdi.

Qeyd edək ki, “Zirə”nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də – Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev “Zirə”nin əsas komandasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43