Ölkə futbolu

“Zirə”nin yeni transferi “Dinamo”dan niyə ayrılıb?

“Zirə”nin yeni transferi Vladislav Kulaç Ukrayna mətbuatına müsahibə verib.

İdmanxeber.az “Football TIME”  nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu uzun müddət oynamadığı üçün “Dinamo”dan (Kiyev) ayrıldığını bildirib:

“Oradan təklif gələndə sevindim, oyunçularla taniş oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi. Zədələrim də olsa da, heç kimdən dəstək görümədim. Sonra isə orada oynaya bilməyəcəyimi başa düşdüm”.

Qeyd edək ki, Vladislav Kulaç “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43