Kateqoriyasız

“Zirə”nin yoxlama görüşlərindəki rəqibləri bəlli oldu

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Qartallar” burada “İC Green Palace” otelində məskunlaşacaq.

“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. “Zirə” yanvarın 25-də Bakıya dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43