Kateqoriyasız

“Zirə”yə qarşı oyun asan olmadı” – “Çindia”lı futbolçu

Rumıniyanın “Çindia” klubunun futbolçusu Daniel Çelya “Zirə” ilə keçirilən yoxlama görüşündən (2:3) danışıb.

İdmanxber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında yağış səbəbindən oyunun çox çətin keçdiyini bildirib:

“Zirə”yə qarşı oyun asan olmadı. Yağışın yağması durumu daha da pisləşdirdi. Ancaq hazırlığı yüksək səviyyədə başa vurmalıyıq. Tezliklə rəsmi oyunlar başlayacaq.  Yaşı komandamız var, heyətə iki yeni futbolçu qoşulub. Düşünürəm ki, onların köməyi ilə daha da güclü olacağıq”.

Qeyd edək ki, “Zirə” Türkiyədəki hazırlıq proses zamanı daha 2 yoxlama matçı keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43