Ölkə futbolu

“Zirə”yə texniki məğlubiyyət verilə bilər (FOTO)

Topaz Premyer Liqasının IV turunda “Zirə” “Səbail”in qonağı olub.

İdmanxeber.az -ın məlumatına görə, matç1:1 hesablı heç-heçə ilə başa çatsa da, qonaqlar texniki məğlubiyyətlə üzləşə bilərlər.

Belə ki, protokolda “Zirə”nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bundan əlavə, kapitanın adı da protokolda yazılmayıb.

Yekun qərarı AFFA-nın nizam intizam komitəsi verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43