Ölkə futbolu

“Zirə” 3 futbolçu ilə yeni müqavilə imzaladı

“Zirə” müqaviləsi başa çatan 3 futbolçu ilə yeni anlaşma imzalayıb. Müdafiəçi Təmkin Xəlilzadə və qapıçılar Anar Nəzirovla Kamal Bayramov “qartallar”ın sırasında qalıb. Hər 3 futbolçu ilə bir illik müqaviləyə imza atılıb.

Qeyd edək ki, həm Təmkin, həm də Anarla Kamal Premyer Liqadakı debüt mövsümündən komandamızda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43