Ölkə futbolu

“Zirə” Avroliqaya hazırlaşır

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Zirə” təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, iyunun 13-də “İnter”lə yoxlama oyunu keçirən “Zirə” dünən bir məşqlə kifayətlənib. Yüngül toplu çalışmaların ardından baş məşqçi Ayxan Abbasov futbolçulara bərpa proqramı verib.

Bakı klubu bu gündən etibarən yenidən intensiv məşqləri davam etdirir. Komanda bu gün iki məşqə çıxıb və əsasən taktiki-texniki hazırlıq üzərində çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43