İdman

“Zirə” baxışa gətirdiyi legioneri bəyəndi, intizamsızlığa görə qaytardı – ÖZƏL

Qış hazırlıqlarını paytaxtda davam etdirən “Zirə” heyətinəq atmaq istədiyi hücumameyilli əcnəbi futbolçunun axtarışlarını sürdürür.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, baş məşqçi Ayxan Abbasova bir çox legioner oyunçular məsləhət görülsə də, gənc çalışdırıcı bu işdə tələsməməyi üstün bilir. Bununla belə, bir müddət əvvəl qəsəbə klubu əslən Fransa vətəndaşı, lakin əslən Liberiyadan olan futbolçunu sınaqdan keçirib və geri göndərib. Son olaraq Litva çempionatında oynayan, adı Monrouz olan oyunçunun çıxışı Ayxan Abbasovu qane etsə də, yarımmüdafiəçinin nizam-intizam qaydalarına uymaması onun geri qaytarılmasına səbəb olub.

Qeyd edək ki, əməkdaşımızla söhbətində Abbasov xəbəri təsdiqləyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43