Dünya futbolu

“Zirə” – “Differdanj” matçının bilet satışı davam edir

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Differdanj” matçının bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, matçın biletləri “Azfar qrup”un Gənclik, Əhmədli, 9-cu mikrorayon, Elmlər Akademiyası metrosu əfafındakı stadionlarında və “İnter Arena”da satılır. Qarşılaşmanın keçiriləcəyi “Dalğa Arena”, Zirədəki “Eko park”da, Zirə Olimpiya İdman Kompleksində, qəsəbədəki böyük marketlərdə, eyni zamanda Türkan, Zirə və Pirallahıdakı mərkəzi yerlərdə də bilet satışı həyata keçirilir.

Klubdan aldığımız məlumata görə, qiymətlər adi sektorlarda 1, 2, 3, 5 manat, VİP yerlər üçün isə 30 manatdır.

Qeyd edək ki, sözügedən matç iyunun 29-da, saat 21:00-da “Dalğa Arena”da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43