Ölkə futbolu

“Zirə” – “Differdanj” matçının hakimləri bəlli oldu

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri  bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Bakıda “Differdanj”la keçiriləcək matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniyar Saxi olacaq. Ona Yuriy Tikhonyuk və Alibek Aubakirov kömək edəcək. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” – “Differdanj”  matçı iyunun 29-da “Dalğa Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43