Ölkə futbolu

“Zirə” klubu Antalyada iki yoxlama oyunu keçirəcək

“Zirə” futbol klubu Azərbaycan Premyer Liqasının ikinci hissəsinin hazırlığına start verib.

İdmanxeber.com-un məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. “Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan sonra komanda bir günlük istirahətə buraxılacaq.

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin ikinci hissəsi üçün Antalyaya yola düşəcək. Komanda Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43