Premyer Liqa

“Zirə” Lənkəranda da büdrəmədi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutacaq. 

Lənkəranda "Xəzər Lənkəran" Premyer Liqada məğlub olmayan "Zirə"ni qonaq edəcək. Əgər cənub təmsilçisi bu matçda qalib gəlsə 4-cü pillədə qərarlaşan "Neftçi"ylə xallarını bərabərləşdirəcək. "Zirə" qalib gələcəyi təqdirdə isə "Neftçi"ni geridə qoymuş olacaq.

Matç saat 21:00-da başlayacaq.

27 sentyabr

Azərbaycan Premyer Liqası, 6-cı tur

21:00. “Xəzər Lənkəran” – “Zirə” – 0:1
Qol: Abdullayev R. 90+2

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43