29 Sentyabr 2024
İdman

“Zirə” Makedoniya millisinin üzvünü heyətinə qatdı – FOTO

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, qəsəbə təmsilçisi Yani Urdinovla anlaşıb. Makedoniyalı futbolçu 6 aylıq müqaviləyə imza atıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43