İdman

“Zirə” Moldova millisinin “10 nömrəsi”ni transfer etdi

“Zirə” qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, qəsəbə təmsilçisi növbəti legioner futbolçunun keçidini rəsmiləşdirəcək. Söhbət Moldova millisinin yarımmüdafiəçisi Aleksandr Dedovdan gedir. 28 yaşlı oyunçu ilə il yarımlıq müqavilə nəzərdə tutulub. 

Qeyd edək ki, Dedov millimizin Moldova ilə keçirdiyi yoxlama matçında meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43