İdman

“Zirə” “Neftçi”dən futbolçu transfer etdi

“Zirə” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Qəsəbə təmsilçisi “Neftçi”dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb. Müdafiəçi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, İ. Qırtımovun sonuncu klubu “Neftçi” olub. O, daha əvvəl “Simurq” və “Keşlə”də də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43