Premyer Liqa

“Zirə” “Neftçi”yə qalib gəldi, “Kəpəz” doğma meydanda xal itirdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. 

İdmanxeber.com-un məlumatına görə, turun daha iki qarşılaşması keçiriləcək.

Günün ilk matçı Gəncədə olacaq. Burada avrokubokları hədəfləyən "Kəpəz" autsayder AZAL-ı sınağa çəkəcək.

Turrun son matçı isə "Neftçi" və "Zirə" komandaları arasında olacaq. "Bakcell Arena"da baş tutacaq görüş saat 18:00-da başlayacaq.

Hər iki qarşılaşma CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL  1:1
QOL: Şəhriyar Əliyev, 38 (1:0); Vaqif Cavadov, 90 (1:1)

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”  1:1
QOL: Daniel Seqoviya, 60-pen. (1:0); Georgi Navalovski, 62-avtoqol (1:1); Milan Duriç, 79 (1:2)

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Şaiq Həmidov

8-ci km stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43