İdman

“Zirə” onu Gəncəyə aparmayacaq

Azərbaycan Premyer Liqasının IV turunda “Kəpəz”in qonağı olacaq “Zirə” klubu matçın hazırlığını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi bu görüşə itki ilə çıxacaq.

 

Belə ki, komandanın yeni transferi Sezar Meza Kolli Gəncə səfərində gözə dəyməyəcək. Buna səbəb paraqvaylı futbolçunun zədələnməsidi. Həkimlər Sezarın bu tura hazır olmadıqlarını bildiriblər. Baş məşqçi Adil Şükürov sabiq “İnter”linin xidmətindən yararlana bilməyəcək. Digər futbolçular isə “Kəpəz”lə oyuna tam hazırdılar.

 

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək “Kəpəz” – “Zirə” görüşü saat 16:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43