Premyer Liqa

“Zirə” “Qarabağ”ın seriyasını qırdı

“Qarabağ”ın “Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb. Son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının XXIII  turunun səfər matçında 1 xalla kifayətlənib – 0:0. Qurban Qurbanovun yetirmələrinin “Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”də saxlayıb.

Qeyd edək ki, “Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, “Turan”ı ardıcıl 9 dəfə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43