08 Sentyabr 2024
Kateqoriyasız

“Zirə” “Qəbələ”dən daha bir futbolçu transfer etdi

Növbəti mövsümdən Premyer Liqamızda çıxış edəcək “Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə,  “Qəbələ”nin müdafiəçisi Sadiq Quliyev növbəti bir ili icarə əsasında “Zirə”də çıxış edəcək.

Qeyd edək ki, “Zirə” “Qəbələ”nin digər futbolçusu Tərzin Cahangirovu da icarə əsasında heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43