Premyer Liqa

“Zirə” “Qəbələ”ni məğlub etdi (YENİLƏNİR)

Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

İlk öncə Premyer Liqanın lideri "Qarabağ" öz meydanında Samir Abasovla uğurlu qrafik cızan "Sumqayıt"ı qonaq edəcək.

Günün son matçında isə "Qəbələ" ən yaxın izləyicisi debütant "Zirə"nin qonağı olacaq.

Turun digər iki qarşılaşması isə sabah keçiriləcək.

16 dekabr

Azərbaycan Premyer Liqası

16:30.“Qarabağ” – “Sumqayıt” – 2:2
Qollar: Amil Yunanov, 7 (0:1), Mikayıl Rəhimov, 53 (0:2), Almeyda, 56-pen (1:2), Dani Kintana, 89 (2:2)

 

“Azərsun Arena”

18:30.”Zirə” – “Qəbələ” – 1:0
Qol. Nicat Qurbanov, 24

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43