İdman

“Zirə” qış fasiləsində Azərbaycanı tərk edəcək

“Zirə”nin qış üçün hazırlıq planı məlum olub.

Bu barədə İdmanxeber.com-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Qəsəbə klubu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə matçlardan sonra istirahətə buraxılacaq. Qısa fasilədən sonra komanda yenidən paytaxtda bir araya gələcək və hazırlığın ikinci hissədini davam etdirmək üçün Antalyaya yollanacaq. Klubun yola düşəcəyi tarix isə gələn həftə bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43