Kateqoriyasız

“Zirə” rəsmisi: “Bütün gücü ilə çalışa bilmədiyini əsas gətirərək işdən azad olunmasını istəyib”

Yeni mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq “Zirə”də kadr dəyişikliyi baş verib.

Bu barədə idmanxeber.com-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu dyeib.

Klub rəsmisi bildirib ki, komandanın icraçı direktoru Seyidağa Babayev öz istəyi ilə işdən azad olunub. Buna səbəb klub rəsmisinin səhhətindəki problem olub:

“Seyidağa Babayev gözündən müalicə alır və o tez-tez bu məqsədlə ölkə xaricinə çıxır. Bu üzdən klubda əsas işlərdən biri olan icraçı direktor vəzifəsini yerinə yetirmək üçün bütün gücü ilə çalışa bilmədiyini əsas gətirərək işdən azad olunmasını istəyib. Nəzərə alaq ki, komandamız Premyer liqada iştirak etmək üçün lisenziya qazandıqdan sonra işlər daha da artıb və rəhbərliyin digər çalışanlarla yanaşı ondan da tələbi çoxalıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43