Dünya futbolu

“Zirə” Rumıniya çempionuna məğlub oldu

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Ayxan Abbasovun komandası Georgi Hacının çalışdırdığı Vitorul”la qarşılaşıb. Oyun son Rumıniya çempionunun qələbəsi ilə başa çatıb – 2:1. “Zirə”nin yeganə qolunu yeni transfer Orxan Əliyev vurub.

Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirən “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Columbe Sportive” klubuna (8:0) qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43