İdman

“Zirə” sabiq “İnter”lini heyətinə cəlb etdi

“Zirə” heyətinə daha bir legioner cəlb edib. 

İdmanxeber.com-un məlumatına görə, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli “qartallar”ın şərəfini qoruyacaq. Futbolçu ilə 1 illlik müqavilə imzalanıb.

 

Karyerasına İtaliyanın “Çezena” klubunda başlayan Sezar bundan sonra icarə əsasında İspaniyada “Alaves” və İtaliyada “Paviya” klublarında icarə əsasında çıxış edib. Futbolçu son mövsüm ölkəmizdə “İnter”in formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43