Premyer Liqa

“Zirə” Türkiyə toplanışını başa vurdu

Dünən Türkiyə toplanışı çərçivəsində 3-cü yoxlama oyununu keçirən “Zirə” bu gün Boludakı təlim-məşq toplanışını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, ağır keçməyən səhər məşqi oyunsonrası bərpa məqsədi daşıyıb. Yüngül qaçış və isinmə hərəkətlərinin ardından komanda iki qrupa bölünüb. Yoxlama oyununda çox meydanda olanlar meydanı tərk edib, az forma şansı qazananlar isə toplu çalışmaları davam etdiriblər.

“Qartallar” bu gecə vətənə dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43